Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 12-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
12-ci turun görüşləri iki günü əhatə edəcək. İlk oyun günündə (22 noyabr) üç qarşılaşma baş tutacaq. Noyabrın 23-də isə iki görüş təşkil ediləcək.
“Zəngəzur” klubunun UEFA Region Kubokunda iştirakı ilə əlaqədar olaraq 12-ci turun “Zəngəzur” – “Dinamo” oyunu təxirə salınıb.
Peşəkar Futbol Liqası tərəfindən Şəki şəhər stadionuna baxış keçiriləcək. Hər hansı bir uyğunsuzluq aşkar olunarsa, “Şəki” – “Kür-Araz” oyunu Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda eyni tarixdə baş tutacaq.
İkinci Liqa
12-ci tur
22 noyabr
“Şəki” – “Kür-Araz”
Şəki şəhər stadionu, 14:00.
“Ağstafa Gəncləri” – “Hypers”
Ağstafa şəhər stadionu, 14:30.
“Şirvan” – “Qaradağ Lökbatan”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
23 noyabr
“Şəmkir” – “Ağdaş”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Difai” – “Marafon”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.


