19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-19) noyabrın 18-dən Dalğa Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışındadır.
Arena.az xəbər verir ki, hazırlıq prosesi noyabrın 23-nə qədər davam edəcək.
Toplanış çərçivəsində komanda Serbiyada UEFA Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda keçiriləcək rəsmi oyunlara hazırlaşır.
U-19 millimizin təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların adlarını nəzərinizə çatdırırıq:
- Nərgiz Ağaliyeva (Şəfa)
- Firuzə Bayramova (Dirçəliş)
- Arzu Cəfərova (İmişli)
- Səma Əsədova (Sabah)
- Yelizaveta Vaysman (İmişli)
- Ayan Abdiyeva (Liman)
- Xədicə Rəhimova (Neftçi)
- Zəhra İsmayılova (İmişli)
- Səbinə Şərəfxanova (Krılya Sovetov, Rusiya)
- Məryəm Səmədli (Sabah)
- Sara Səlimova (Neftçi)
- Arzu Ağaliyeva (Şəfa)
- Mehri Məmmədzadə (Şəfa)
- Naidə Məmmədova (Dirçəliş)
- Suel Polikarpova (Neftçi)
- Ayşən Salamzadə (Qaziantep Safir, Türkiyə)
- Xədicə Əlizadə (Sabah)
- Fatimə Kərimli (Sabah)
- Xanım Əsədova (Qaziantep Safir, Türkiyə)
- Şəhanə Mirzəliyeva (Liman)


