“Ordu” Norveç komandasını mübarizədən kənarlaşdırdı

Azərbaycanın “Ordu” komandası bu gün kişi voleybolçular arasında Çağırış Kubokunda 1/32 final mərhələsinin cavab oyununu keçirib.

Arena.az xəbər verir ki, təmsilçimiz Norveçin “Forde” komandasını qəbul edib.

Sözügedən komandalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gəliblər. “Hərbçilər” rəqibini 3:0 hesabı ilə məğlub ediblər – 25:18, 25:18, 25:18.

Qeyd edək ki, bu komandalar arasında Norveçdə keçirilmiş ilk görüşdə də “Ordu” eyni hesabla qalib gəlmişdi – 3:0 (25:11, 25:17, 25:19).

Beləliklə, Azərbaycan təmsilçisi iki oyunun nəticəsinə əsasən norveçliləri mübarizədən kənarlaşdıraraq turnirin 1/16 final mərhələsinə yüksəlib. Komandamız növbəti mərhələdə Niderlandın “Simplex SSS” kollektivi ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: