Premyer Liqa: “Şamaxı” “Turan”a evdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Emin Əliyev olub. Tovuz təmsilçisi hər hissədə bir qol vurmaqla səfərdə inamlı qələbəyə sevinib.

Premyer Liqa
12-ci tur

21 noyabr

“Şamaxı” – “Turan Tovuz” 0:2
Qollar: Joarlem Santos, 34. İbrahima Vadji, 87.
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
VAR: Nicat İsmayıllı.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rikardo Fernandes (k), 14. Uğur Cahangirov, 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Buali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 10. Edqar Adilxanov, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ, 44. David Santos.
Baş məşqçi: Azər Bağırov.

Turan Tovuz: 1. Oleq Baklov, 5. Roderik Miller, 21. Stiv Beusnar, 90. Joarlem Santos, 77. İbrahima Vadji, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 25. Denis Marandiç, 33. Filip Damyanoviç, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 3. Enrike Silva, 15. Emmanuel Hakman, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: