Super Liqa: “Naxçıvan”la “Ordu” üçün uğursuz gün

Bu gün keçirilmiş oyunlarla qadın və kişilərin Azərbaycan çempionatında (Super Liqa) müvafiq olaraq 4-cü və 6-cı turlara start verilib.

Arena.az xəbər verir ki, qadınların yarışında 4-cü turun ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” voleybol komandasının idman zalında baş tutub.

“Milli Aviasiya Akademiyası” doğma meydanda “Naxçıvan”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

4-cü turun növbəti oyunu noyabrın 27-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Həmin qarşılaşmada “Azərreyl” və “Murov” komandaları üz-üzə gələcəklər.

Super Liqa
4-cü tur

“Milli Aviasiya Akademiyası” – “Naxçıvan” 3:1 (29:27, 22:25, 25:17, 25:23)

Kişi voleybolçuların yarışında isə 6-cı turun açılış oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Turun ilk qarşılaşmasında “Murov” və “Ordu” komandaları üz-üzə gəliblər. Oyun “Ordu”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

6-cı turun növbəti qarşılaşması noyabrın 26-da baş tutacaq. Həmin gün Abşeron Olimpiya İdman Kompleksində “Gənclər” və “Azərreyl” komandaları qarşılaşacaqlar.

Super Liqa
6-cı tur

“Murov” – “Ordu” 1:3 (15:25, 13:25, 27:25, 21:25)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: