Premyer Liqa oyunlarında AVAR-2 hakimi də olacaq – Rəsmi

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin də iştirakı nəzərdə tutulub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu qərar VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə qəbul edilib. Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.

Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.

Premyer Liqa
13-cü turun oyunlarına AVAR-2 təyinatları:

“Neftçi” – “Zirə”
AVAR-2: Fəridə Lütfəliyeva

“Sabah” – “Araz-Naxçıvan”
AVAR-2: İslam Məmmədov

“Qarabağ” – “Sumqayıt”
AVAR-2: Niyaz Əhmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: