Fransanın PSJ klubu qapıçısı Aleksandr Letelye ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı fransız qapıçı ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Aleksandr Letelye 2020-ci ilin sentyabrından PSJ-də çıxış edir. O, Paris təmsilçisinin öz yetirməsi olsa da, bu klubun əvəzedici komandasında oynadıqdan sonra “Anje”yə transfer olunub. Qolkiper PSJ-yə qayıdana qədər “Yanq Boyz”, “Trua”, “Sarpsborq”, “Orlean” klublarının da uğurları üçün çalışıb.


