39 yaşlı Bruno Alveş özünə yeni iş yeri tapdı

Futbol üzrə Portuqaliya milli komandasının sabiq müdafiəçisi Bruno Alveş özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 39 yaşlı futbolçu bundan sonra “Famalikan” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alveş yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Bruno Alveş karyerası ərzində Portuqaliyada “Portu”, “Farense”, “Gimaraynş”, Türkiyədə “Fənərbaxça”, Rusiyada “Zenit”, İtaliyada “Kalyari” və “Parma” kimi klublarda çıxış edib. O, 2018-ci ildən “Parma”nın formasını geyinirdi. Müdafiəçi Portuqaliya yığmasında 96 oyun keçirib və 11 qol vurub.

Sonda onu da qeyd edək ki, Bruno Alveş “Famalikan”a vaxtilə atasının da bu klubda oynadığı üçün keçdiyini söyləyib: “Atamın oynadığı bir klubu təmsil etmək möhtəşəmdir”.

Brunonun atası Vaşinqton Alveş də 1984/85 mövsümündə məhz bu klubun uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: