2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” hücumçusu Əli Qurbani ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ötən mövsüm komandanın bombardiri olan “9 nömrə”nin növbəti mövsümdə də “Sumqayıt”ın şərəfini qoruyacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Əli Qurbani ötən mövsümdən “Sumqayıt”ın sıralarına qoşulub. O, ümümilikdə 19 oyunda rəqib torlarını 9 dəfə silkələməyə nail olub. Əli həmçinin Azərbaycan milli komandasının son toplanışlarına da dəvət alıb.
“Sumqayıt” daha əvvəl Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi, Tellur Mütəllimov və Elvin Bədəlovla da yeni müqavilə bağlamışdı.


