“Sumqayıt” Türkiyədəki ilk sınaq matçında məğlub oldu

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” bu gün qardaş ölkədə ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yerli “Keçiörengücü” komandası ilə qarşılaşıb.

Qızılcahamam Mərkəzi stadionunda keçirilən oyun Sumqayıt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. TFF 1-ci liqada mübarizə aparan Türkiyə klubu ilk hissədə iki qol vurmağa nail olub. “Sumqayıt”ın gücü isə ikinci hissədə yalnız təsəlli qoluna çatıb.

Qeyd edək ki, “Keçiörengücü” klubunda azərbaycanlı futbolçu Vüsal İsgəndərli də çıxış edir. Amma o, bu görüşdə fərqlənə bilməyib.

Yoxlama oyunu
5 iyul

Keçiörengücü – Sumqayıt 2:1
Qollar: Cibril, 28. T.Yünkuş, 45+1 – Dmitri Nağıyev, 71.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: