Tokio-2020: Orxan Səfərov da mübarizəni erkən dayandırdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən daha bir cüdoçumuz mübarizəyə qoşulub.

66 kq dərəcəsində Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanovla (Qazaxıstan) üz-üzə gəlib. Rəqibinə əlavə vaxtda vazari xalı ilə uduzan Səfərov Olimpiada ilə erkən vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Kəramət Hüseynov (66 kq) 1/8, Aişə Qurbanlı isə 1/16 final mərhələsində məğlub olub.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: