Marko Pyaça yenə icarəyə verildi – Turinin digər klubuna

İtaliyanın “Yuventus” klubunun hücumçusu Marko Pyaça “Torino”ya icarəyə verilib. Arena.az xəbər verir ki, bu barədə Turinin təmsil edən bu iki klubun mətbuat xidmətləri məlumat yayıb.

Xorvatiya milli komandasının üzvü satınalma şərti ilə 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. 26 yaşlı futbolçu artıq yeni komandasının düşərgəsində məşqlərə başlayıb.

Qeyd edək ki, Marko Pyaça 2016-cı ildən “Yuventus”dadır. Amma Turin təmsilçisində cəmi 21 oyuna çıxıb, 1 qol vuran futbolçu, “Şalke”, “Fiorentina”, “Anderlext”, “Cenoa” kimi klublara icarəyə verilib. Xorvatiyanın “Lokomotiva” klubunun yetirməsi olan futbolçu, Zaqreb “Dinamo”sunun da uğurları üçün çalışıb. Xorvatiya millisində 24 oyuna çıxan hücumçu, 1 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: