Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Neftçi”ni mübarizədən kənarlaşdıran “Olimpiakos” Yunanıstanda Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib. Bu oyunda heç-heçə qeydə alınıb. “ÇFR Kluj” – “Yanq Boyz” və “Srvena Zvezda” – “Şerif” oyunları da da oxşar hesabla başa çatıb.
Türkiyə “Qalatasaray”ından güclü olan PSV Niderlandda Danimarkanın “Midtyulland” komandasını sınağa çəkib. Niderland nəhəngi bu oyundan da böyük hesabla qalib ayrılıb.
“Monako” səfərdə Praqa “Sparta”sına, Donetsk “Şaxtyor”u isə “Genk”ə qalib gəlib. “Malmö” də evdə “Reyncers” üzərində qələbəyə sevinib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 3-cü mərhələnin qalan oyunları avqustun 4-də keçiriləcək. Cavab qarşılaşmaları isə 10 avqustda baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust
Malmö (İsveç) – Reyncers (Şotlandiya) 2:1
Sparta (Praqa, Çexiya) – Monako (Fransa) 0:2
ÇFR Kluj (Rumıniya) – Yanq Boyz (İsveçrə) 1:1
Genk (Belçika) – Şaxtyor (Donetsk, Ukrayna) 1:2
PSV (Niderland) – Midtyulland (Danimarka) 3:0
Srvena Zvezda (Serbiya) – Şerif (Moldova) 1:1
Olimpiakos (Yunanıstan) – Ludoqorets (Bolqarıstan) 1:1


