Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Səbail” oyununda “Sabah”ın 20 nömrəli futbolçusu Coy-Lens Mikels qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunandan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunub.


