Çempionlar Liqasında daha 3 klub qrupa vəsiqə qazandı

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər veirr ki, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

PSV Niderlandda Portuqaliyanın “Benfika” komandasının müqavimətini qırmağa çalışıb. Cavab görüşündə qol qeydə alınmayıb və ilk oyunda qalib gəlmiş “Benfika”, qrupda oynamaq hüququ əldə edib.

“Ludoqorets” Bolqarıstanda İsveç “Malmö”sü ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda qalib gəlsələr də, iki oyunun cəmində İsveç təmsilçisi güclü olub.

“Ferentsvaroş” isə Macarıstanda İsveçrə “Yanq Boyz”u ilə üz-üzə gəlib. Cavab görüşündə də oxşar hesabla qalib gələn “Yanq Boyz” mərhələ adlayıb.

UEFA Çempionlar Liqasında pley-offun qalan cavab oyunları avqustun 25-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
24 avqust

PSV (Niderland) – Benfika (Portuqaliya) 0:0
İlk oyun – 1:2

Ludoqorets (Bolqarıstan) – Malmö (İsveç) 2:1
İlk oyun – 0:2

Ferentsvaroş (Macarıstan) – Yanq Boyz (İsveçrə) 2:3
İlk oyun – 2:3.

Xəbəri sosial şəbəkələrdə paylaş: