Fransa milli komandasının sabiq müdafiəçisi Adil Rami özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu “Trua” klubuna keçib.
Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rami ilə bir illik müqavilə imzalanıb.
Adilin son klubu Portuqaliya “Boavişta”sı olub. O, daha əvvəl Fransada “Lill”, “Olimpik” (Marsel), İspaniyada “Valensiya”, “Sevilya”, İtaliyada “Milan”, Türkiyədə “Fənərbaxça”, Rusiyada “Soçi” kimi klublarda forma geyinib.
Adil Rami, Fransa milli komandasında 36 matça çıxıb, 1 qol vurub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.


