AFFA “Keşlə”nin futbolçusunu 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Matçın 90+5-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: