Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə səbətlərdən komandaların adlarını İngiltərənin “Çelsi” klubunun keçmiş futbolçuları Maykl Essyen və Branislav İvanoviç çıxarıb.
Püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” Portuqaliyanın “Sportinq”, Almaniyanın “Borussiya” (Dortmund) və Niderlandın “Ayaks” klublarına rəqib olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 14-də start veriləcək. Bu mərhələnin görüşlərinə dekabrın 8-də yekun vurulacaq.
Beləliklə, qrupların tərkibi belə müəyyənləşib:
A qrupu
Mançester Siti (İngiltərə)
PSJ (Fransa)
Leypsiq (Almaniya)
Brügge (Belçika)
B qrupu
Atletiko (İspaniya)
Liverpul (İngiltərə)
Portu (Portuqaliya)
Milan (İtaliya)
C qrupu
Sportinq (Portuqaliya)
Borussiya (Dortmund, Almaniya)
Ayaks (Niderland)
Beşiktaş (Türkiyə)
D qrupu
İnter (İtaliya)
Real (İspaniya)
Şaxtyor (Donetsk, Ukrayna)
Şerif (Moldova)
E qrupu
Bayern (Almaniya)
Barselona (İspaniya)
Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna)
F qrupu
Vilyarreal (İspaniya)
Mançester Yunayted (İngiltərə)
Atalanta (İtaliya)
Yanq Boyz (İsveçrə)
G qrupu
Lill (Fransa)
Sevilya (İspaniya)
Zalsburq (Avstriya)
Volfsburq (Almaniya)
H qrupu
Çelsi (İngiltərə)
Yuventus (İtaliya)
Zenit (Rusiya)
Malmö (İsveç)


