Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 5-ci turu çərçivəsində “Eştoril”lə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Tondela” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Tondela” 5 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


