Fərid Nəbiyev oynadı, “Viktoriya” evdə xal itirdi

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 9-cu tur çərçivəsində doğma meydanda “Dukla” (Praqa) ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Fərid Nəbiyev bu oyunun 90+3-cü dəqiqəsində meydana buraxılıb.

“Viktoriya” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: