Fərid Nəbiyev oynadı, “Viktoriya” 6 qola üzüldü

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 12-ci tur çərçivəsində səfərdə “Opava” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:6. Fərid Nəbiyev bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb.

“Viktoriya” 12 turdan sonra 8 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: