Renat Dadaşov 90 dəqiqə oynadı, “Tondela” xalsız qaldı

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 10-cu turu çərçivəsində “Aruka” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin forvardı 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Tondela” 10 turdan sonra 9 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: