Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/22 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.
Bu mövsüm Azərbaycan Kubokunda Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.
Beləliklə, püşkə əsasən, 1/4 finala vəsiqə uğrunda “Qəbələ” MOİK-lə, “Keşlə” “Qaradağ Lökbatan”la, “Sabah” “Kəpəz”lə, “Səbail” isə “Zaqatala” ilə mübarizə aparacaq.
“Neftçi”, “Qarabağ”, “Zirə” və “Sumqayıt” isə mübarizəyə 1/4 finaldan qoşulacaq. Onlar 1/8 finalda qalib olacaq komandalarla qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 27 may 2022-ci ildə baş tutacaq.
Azərbaycan Kuboku
1/8 final
- MOİK – Qəbələ
- Keşlə – Qaradağ Lökbatan
- Sabah – Kəpəz
- Zaqatala – Səbail
1/4 final
- Zirə – Zaqatala/Səbail
- Sumqayıt – MOİK/Qəbələ
- Qarabağ – Keşlə/Qaradağ Lökbatan
- Neftçi – Sabah/Kəpəz
Yarımfinal
- 5-ci cütün qalibi – 6-cı cütün qalibi
- 7-ci cütün qalibi – 8-ci cütün qalibi
Final
- 9-cu cütün qalibi – 10-cu cütün qalibi


