Renat Dadaşov oynadı, “Tondela” yenə uduzdu

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 15-ci turu çərçivəsində “Pasuş de Ferreyra” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.

Renat komandasının start heyətində meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

“Tondela” 15 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: