“Barselona” Ferran Torresi transfer etdi

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Mançester Siti” klubundan Ferran Torresi transfer edib.

Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 21 yaşlı forvard yeni klubu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

İspaniya mətbuatı “Barselona”nın bu transfer üçün İngiltərə klubuna 55 milyon avro ödəyəcəyini yazıb. Baxmayaraq ki, klublar bu keçidin maddi detallarını açıqlamayıblar.

Barselona” artıq yeni transferinə qiymət də qoyub. 2027-ci ildən öncə ispaniyalı futbolçunu transfer etmək istəyən klub kataloniyalılara 1 milyard avro təzminat ödəməlidir.

Xatırladaq ki, Ferran Torres 2020-ci ilin avqustundan “Mançester Siti”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 43 oyunda 16 qola imza atıb. Torres Mançester təmsilçisindən öncə İspaniyanın “Valensiya” klubunda forma geyinib. Məhz bu klubun yetirməsi olan forvard, sözügedən komandada 97 oyunda 9 qolla yadda qalıb.

Ferran Torres 2020-ci ildən İspaniya yığmasına da dəvət alır. O, millidə keçirdiyi 22 oyunda 12 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: