Renat Dadaşov darmadağına üzüldü

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 16-cı turu çərçivəsində “Jil Visente” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və 0:3 hesabıyla məğlub olub. Renat bu matçın 82-ci dəqiqəsində meydana buraxılıb.

“Tondela” 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: