“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i futbolçusu Cordan Amavini icarəyə verib. Arena.az xəbər verir ki, Fransa klubu müdafiəçisini Liqa 1-in digər təmsilçisi “Nitsa”ya icarəyə göndərib.
Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər “Nitsa”da çıxış edəcək.
Amavi 2017-ci ildən “Olimpik”də çıxış edirdi. O, bu mövsüm sözügedən komandada cəmi 4 oyuna çıxıb. Fransız futbolçu məhz “Nitsa”nın yetirməsidir. O, 2010-2015-ci illər aralığında məhz sözügedən klubun uğurları üçün çalışıb. 2015-2017-ci illər aralığında isə sol cinah müdafiəçisi İngiltərənin “Aston Villa” klubunda legioner həyatı yaşayıb.
“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.


