“Kadis” Alvaro Servera ilə vidalaşdı

İspaniyanın “Kadis” komandasının baş məşqçisi Alvaro Servera istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Kadis” La Liqada 20 oyuna topladığı 14 xalla 19-cu sırada qərarlaşıb. Komanda çempionatda ötən ilin noyabrından qələbəyə həsrətdir.

Alvaro Servera 2016-cı ilin aprelindən “Kadis”ə rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 258 matça çıxıb, 98 qələbə qazanıb, 84 heç-heçə edib, 76 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: