Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” da bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyadakı hazırlıq prosesi çərçivəsində Macarıstanın “Pakş” komandası ilə qarşılaşıb.
Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Oyunda hesabı 29-cu dəqiqədə Azərbaycan təmsilçisi açıb. Amma macarlar matçın sonlarında məğlubiyyətdən xilas olmağı bacarıblar.
“Sabah” Antalyada daha iki yoxlama oyunu keçirəcək. Yanvarın 25-də Serbiyanın “Mladost” (Luçani) klubu ilə qarşılaşacaq Azərbaycan təmsilçisinin digər rəqibi hələ bəlli deyil.
Yoxlama matçı
15 yanvar
Sabah – Pakş 1:1
Qol: Xulio Rodriqes, 29.
Baş məşqçi Murad Musayev bu matçda aşağıdakı start heyətinə şans verib:
- Yusif İmanov, 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 3. Zurab Oçiqava, 14. Slavik Alxasov, 4. Elvin Camalov, 17. Xuan Kamara, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 9. Xulio Rodriqes.


