Renat Dadaşov oynadı, “Tondela” 1 xal qazandı

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 18-ci turu çərçivəsində “Santa Klara” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşma 2:2 hesabıyla başa çatıb.

Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tondela” 18 turdan sonra 17 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: