“Neftçi” qış fasiləsində növbəti transferini reallaşdırıb. Arena.az xəbər verir ki, paytaxt klubu braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Patonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 2.5 illik müqavilə bağlanıb.
Pato yeni komandasının heyətində 77 nömrəli formanı geyinəcək.
Gilyerme Pato Braziliyanın “İnternasional” (2020-2021; 6 oyun, 1 qol) klubunun yetirməsidir. O, “Ponte Preta” (icarə, 2020; 33 oyun, 4 qol) və “Kuyaba”da (2021, 9 oyun) da forma geyinib.
“Neftçi” Patodan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilovu transfer etmişdi.


