“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Xorxe Korrea ilə müqaviləyə xitam verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumameylli yarımmüdafiəçisi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
“Neftçi” argentinalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Xorxe Korrea 2021-ci ilin ilin sentyabrında “Neftçi”yə transfer olunmuşdu. Lakin o, paytaxt təmsilçisində cəmi 2 rəsmi oyunda forma geyinib.
Ötən mövsümün çempionu dünən Harramiz Soareslə də yollarını ayırdığını açıqlamışdı. Bakılılar bu qış Romen Bask (“Şatoru”, Fransa) və Sabir Buqrinlə (“Esperans”, Tunis) də vidalaşıb. Fəhmin Muradbəyli isə “Keşlə”yə icarəyə verilib.


