Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 19-cu turu çərçivəsində “Vizela” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Qarşılaşma “Tondela”nın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Renat bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. O, 90+2-ci dəqiqədə rəqib qapısına yol tapsa da, hakimlər ofsayd olduğunu əsas gətirərək qolu hesaba almayıblar.
“Tondela” 19 turdan sonra 17 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


