“Atletiko” Şaponyiç ilə yollarını ayırdı

İspaniyanın “Atletiko” (Madrid) klubu hücumçusu İvan Şaponyiç ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra karyerasını Slovakiyada davam etdirəcək.

O, bu ölkənin “Slovan” klubuna keçib. Bu barədə Bratislava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şaponyiç yeni klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

İvan Şaponyiç 2019-cu ilin yayından “Atletiko”da çıxış edirdi. Serbiyalı hücumçu Madrid təmsilçisində ümumilikdə 5 oyuna çıxıb. Serbiyanın “Partizan” klubunun yetirməsi olan futbolçu, “Benfika” (B), “Sulte Varegem” və “Kadis” kimi komandalarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: