Premyer Liqa klubu Klaudio Ranyeri ilə vidalaşdı

İngiltərənin “Uotford” komandasının baş məşqçisi Klaudio Ranyeri istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Təcrübəli mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, “Uotford” 71 yaşlı baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı 13 oyunun 10-da uduzub. Sözügedən kollektiv yalnız “Everton” və “Mançester Yunayted”lə oyunlarda qələbə qazana bilib.

Klaudio Ranyeri ötən ilin oktyabrında bu komandanın baş məşqçisi təyin edilmişdi. Bir sözlə, italiyalı məşqçi təyinatından 3 ay sonra tutduğu vəzifədən azad edilib.

“Uotford”u Ranyeridən öncə ispaniyalı Xisko Munyos çalışdırırdı. Sözügedən komanda hazırda 14 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: