İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atıldı

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, turnirin finalına vəsiqə uğrunda “Valensiya”, “Atletik”, “Rayo Valyekano” və “Betis” klubları mübarizə aparacaq.

Püşkə əsasən, “Valensiya” yarımfinalda “Atletik”lə üz-üzə gələcək. “Rayo Valyekano” isə “Betis”lə qarşılaşacaq.

İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.

İspaniya kuboku
Yarımfinal

Valensiya – Atletik
Rayo Valyekano – Betis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: