Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 21-ci turu çərçivəsində “Benfika” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Qarşılaşma “Tondela”nın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Renat bu görüşün 72-ci dəqiqəsində meydana buraxılıb.
“Tondela” 21 turdan sonra 20 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


