Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir. Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutub.
“Mançester Yunayted” Madriddə “Atletiko”nun qonağı olub. Hesabı meydan sahibləri açsa da, “qırmızı şeytanlar” məğlubiyyətdən xilas olmağı bacarıblar.
“Benfika” isə son Niderland çempionu “Ayaks”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyun da heç-heçə bitib.
Bu gün keçirilən oyunlarla UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında “Mançester Siti” (İngiltərə) Portuqaliyada “Sportinq”ə 5:0, PSJ Fransada İspaniya “Real”ına 1:0, İngiltərə “Liverpul”u İtaliyada “İnter”ə, “Çelsi” (İngiltərə) isə evdə “Lill”ə (Fransa) 2:0 hesabı ilə qalib gəlib. Almaniya “Bayern”i Avstriyada “Zalsburq”la, “Yuventus” (İtaliya) da səfərdə “Vilyarreal”la (İspaniya) heç-heçə edib – 1:1.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
23 fevral
Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə) 1:1
Qol: J.Feliks, 7 – Elanqa, 80.
Benfika (Portuqaliya) – Ayaks (Niderland) 2:2
Qol: Haller, 26-öz qapısına. Yaremçuk, 72 – Tadiç, 18. Haller, 29.


