Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 24-cü turu çərçivəsində “Famalikan” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşma “Tondela”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Renat bu görüşə start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
“Tondela” 24 turdan sonra 20 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


