Azərbaycan millisi “Açıq Avropa” turnirinə bu heyətlə yollanır

Martın 5-də Çexiyanın paytaxtı Praqada cüdo üzrə “Açıq Avropa” turnirinə start veriləcək. Arena.az xəbər verir ki, Azərbaycanı bu turnirdə yalnız qadın cüdoçular təmsil edəcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiya rəhbərliyi bu dəfə kişi cüdoçularımızı Praqaya göndərməməyə qərar verib. Əvəzində bu yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 6 qadın idmançımız mübarizə aparacaq. İki gün davam edəcək turnirə Aydan Vəliyeva, Aişə Qurbanlı, Səbinə Əliyeva, Fidan Əlizadə, Aytac Qardaşxanlı və Südabə Ağayeva qatılacaq.

Açıq Avropa” turnirində 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı mübarizə aparacaq.

Azərbaycan yığmasının “Açıq Avropa” turniri üçün heyəti belədir:

-48 kq
Aydan Vəliyeva
Ayşə Qurbanlı

-52 kq
Səbinə Əliyeva

-57 kq
Fidan Əlizadə

-63 kq
Aytac Qardaşxanlı

-70 kq
Südabə Ağayeva

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: