“Real Sosyedad” təxirə salınmış oyundan qalib ayrıldı

Futbol üzrə İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Malyorka” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb.

Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər. “Real Sosyedad” bu qələbə sayəsində xallarının sayını 44-ə çatdırıb və 6-cı pilləyə yüksəlib. “Malyorka” isə 26 xalla 16-cı sırada qərarlaşıb.

İspaniya La Liqası
21-ci turun oyunu

2 mart

Malyorka – Real Sosyedad 0:2
Qol: D.Silva, 35. Merino, 62.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: