“Real” da darmadağına sevindi

Futbol üzrə İspaniya La Liqasında 28-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda lider “Real” “Malyorka” ilə qarşılaşıb. Madrid təmsilçisi səfər matçına yüksək əhval-ruhiyyədə yollanmışdı. Belə ki, Karlo Ançelottinin yetirmələri həftəiçi Çempionlar Liqasında PSJ-ni məğlub edərək, 1/4 finala vəsiqə qazanmışdı. Madrid təmsilçisi bu oyunda da darmadağına sevinib.

İspaniya La Liqası
28-ci tur
11 mart

Atletiko – Kadis 2:1
Qol: J.Feliks, 3. De Paul, 68 – Neqredo, 45.

12 mart

Levante – Espanyol 1:1
Qol: D.Qomes, 80 – Puado, 50.

Qranada – Elçe 0:1
Qol: Fidel, 11.

Vilyarreal – Selta 1:0
Qol: Parexo, 64.

Xetafe – Valensiya 0:0

13 mart

Rayo Valyekano – Sevilya 1:1
Qol: Bebe, 46 – Dileyni, 63.

Betis – Atletik 1:0
Qol: B.İqlesias, 20.

Real Sosyedad – Alaves 1:0
Qol: Zubimendi, 70.

Barselona – Osasuna 4:0
Qol: F.Torres, 14-pen; 21. Obameyanq, 27. Puiq, 75.

14 mart

Malyorka – Real 0:3
Qol: Vinisius, 55. Benzema, 76-pen; 82.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: