Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatmada yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq cütlüklər müəyyənləşib. 1/4 finalda İspaniyanın “Atletiko” (Madrid), “Real”, “Vilyarreal”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi”, həmçinin Almaniyanın “Bayern” və Portuqaliyanın “Benfika” klubları iştirak edəcək.
Püşk nəticəsində “Çelsi” “Real”a, “Mançester Siti” “Atletiko”ya, “Vilyarreal” “Bayern”ə, “Benfika” isə “Liverpul”a rəqib olub.
UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da olacaq.
UEFA Çempionlar Liqası
1/4 final
- Çelsi (İngiltərə) – Real (İspaniya)
- Mançester Siti (İngiltərə) – Atletiko (Madrid, İspaniya)
- Vilyarreal (İspaniya) – Bayern (Almaniya)
- Benfika (Portuqaliya) – Liverpul (İngiltərə)
Yarımfinal
- 2-ci cütün qalibi – 1-ci cütün qalibi
- 4-cü cütün qalibi – 3-cü cütün qalibi
Final
2-ci yarımfinal cütünün qalibi – 1-ci yarımfinal cütünün qalibi


