Futbol üzrə İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Alaves” doğma meydanda “Qranada”ya, “Elçe” isə “Valensiya”ya uduzub. “Osasuna” isə “Levante”ni məğlub yola salıb.
Madrid “Atletiko”su bu turda “Rayo Valyekano”nun qonağı olub. Paytaxt təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib.
Bu tur “el klasiko” ilə əlamətdar olacaq. “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edəcək. Qələbə təqdirində “kral klubu” çempionluğa doğru böyük addım atmış olacaq. İntriqanın qalması üçün “Barsa” bu qarşılaşmada madridliləri büdrətməlidir. Komandaların heyətlə bağlı müəyyən problemləri var. “Real”da Ferlan Mendi zədəlidir. “Barsa”da isə Serjinyo Dest həftəiçi Avropa Liqasında “Qalatasaray”la matçda zədələnib. Bu komanadaların ilk dövrədəki qarşılaşmasında paytaxt təmsilçisi “Kamp Nou”dan 3 xal aparmışdı.
Bu oyunun nəticəsindən “Sevilya” yararlana bilər. Əndəlüs klubu “Ramon Sançes Pisxuan”da “Real Sosyedad”ı qəbul edəcək. Çempionlar Liqasında “Yuventus”u mübarizədən kənarlaşdıraraq sürprizə imza atan “Vilyarreal” isə “Kadis”lə üz-üzə gələcək.
İspaniya La Liqası
29-cu tur
18 mart
Atletik – Xetafe 1:1
Qol: Berçiçe, 29 – E.Ünal, 3.
19 mart
Alaves – Qranada 2:3
Qol: Eskalante, 53. Valyexo, 57 – Eskudero, 50. Puertas, 75. L.Suares, 87.
Elçe – Valensiya 0:1
Qol: Quedes, 50.
Osasuna – Levante 3:1
Qol: Avila, 44. Budimir, 57. Brasanaç, 64 – Marti, 76.
Rayo Valyekano – Atletiko 0:1
Qol: Koke, 49.
20 mart
17:00 Espanyol – Malyorka
19:15 Kadis – Vilyarreal
19:15 Selta – Betis
21:30 Sevilya – Real Sosyedad
00:00 Real – Barselona


