Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 30-cu turu çərçivəsində “Moreyrense” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb və 0:2 hesabıyla məğlub olub. Renat bu görüşün 61-ci dəqiqəsində meydana buraxılıb.
“Tondela” 30 turdan sonra 25 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


