Frank Kramer istefaya göndərildi – “Arminiya”da yeni baş məşqçi

Almaniyanın “Arminiya” komandasının baş məşqçisi Frank Kramer istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kramerlə yanaşı, onun köməkçisi İlia Qruyev də istefaya göndərilib. Bundan sonra komandaya Marko Kostmannın rəhbərlik edəcəyi də diqqətə çatdırılıb.

Klub istefaya komandanın uğursuz çıxışının səbəb olduğunu bildirib. Məsələ burasındadır ki, Bielefeld təmsilçisi elitada qalmaq uğrunda mübarizə aparır. “Arminiya” hazırda 30 oyuna topladığı 26 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Frank Kramer 2021-ci ilin mart ayından bu komandaya rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 44 oyuna çıxarıb. “Arminiya” bu görüşlərdə 10 qələbə qazanıb, 16 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: