Futbol üzrə Moldova çempionatının 2021/22 mövsümü üzrə qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, “Şerif” növbəti dəfə ölkə çempionu olub.
Tiraspol təmsilçisi buna 26-cı turda səfərdə “Dinamo-Avto”nu 3:0 hesabı ilə məğlub etməklə nail olub. Bu qələbədən sonra xallarını 66-ya çatdıran komanda sona 2 tur qalmış ən yaxın izləyicisi “Petrokub”u 10 xal qabaqlayır.
“Şerif” tarixində 20-ci dəfə Moldova çempionatının qalibi olur. 1997-ci ildə yaradılmış bu klub tarixi ərzində bütövlükdə 39 titul qazanıb. “Şerif” həm də Moldovanın UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamış ilk klubudur.
Tiraspol klubunun indiyə qədərki çempionluqlarının tarixini təqdim edirik:
2000/01, 2001/02, 2002/03, 2003/04, 2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2009/10, 2011/12, 2012/13, 2013/14, 2015/16, 2016/17, 2017, 2018, 2019, 2020/21, 2021/22


