Renat Dadaşov oynadı, “Tondela” yenə 1 xalla kifayətləndi

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 32-ci turu çərçivəsində “Pasuş de Ferreyra” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Renat bu görüşün 84-cü dəqiqəsində meydana buraxılıb.

“Tondela” 32 turdan sonra 27 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: