UEFA Çempionlar Liqasında ilk finalçı bəlli oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub. Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” İspaniyada İngiltərə “Liverpul”unu qəbul edib.

Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanmışdı. Bu üzdən İngiltərə təmsilçisinin finala yüksəlmək şansları daha yüksək qiymətləndirilirdi.

“Estadio de la Keramika” stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edib. Matça yaxşı başlayan “Vilyarreal” ilk hissəni 2:0 öndə bitirib. Amma İngiltərə təmsilçisi fasilədən sonra oyunda dönüş yaratmağı bacarıb. Buraxılan qolların əvəzini artıqlaması ilə çıxan “Liverpul” həm əzmkar qələbə, həm də finala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqasında digər yarımfinal matçı mayın 4-də “Real” (İspaniya) və “Mançester Siti” (İngiltərə) komandaları arasında baş tutacaq. İngiltərədəki ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
3 may

Vilyarreal (İspaniya) – Liverpul (İngiltərə) 2:3
Qol: B.Dia, 3. F.Koklen, 41 – Fabinyo, 62. L.Dias, 67. Mane, 74.
Baş hakim: Danni Makkeli (Niderland).
Vilyarreal. “Estadio de la Keramika” stadionu.

Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol (k), Pau Torres, Xuan Foyt, Pervis Estupinyan, Daniel Parexo, Etyen Kapu, Fransis Koklen, Covani Lo Çelso, Jerar Moreno, Bulaye Dia.
Ehtiyat oyunçular: Serxio Asenxo, Filip Yorgensen, Serj Orye, Mario Qaspar, Aissa Mandi, İborra, Moi Qomes, Alfonso Pedrasa, Ruben Penya, Manu Triqeros, Pako Alkaser, Samuel Çukvueze.
Baş məşqçi: Unai Emeri.

Liverpul: Alisson, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk (k), Endryu Robertson, Fabinyo, Tyaqo Alkantara, Nabi Keyta, Dioqo Jota, Məhəmməd Salah, Sadio Mane.
Ehtiyat oyunçular: Kyuvin Kelleher, Co Qomes, Joel Matip, Aleks Oksleyd-Çemberlen, Ceyms Milner, Harvi Elliott, Takumi Minamino, Divok Oriqi, Cordan Henderson, Luis Dias, Konstantinos Tsimikas, Kertis Cons.
Baş məşqçi: Yurgen Klopp.

Xəbəri sosial şəbəkələrdə paylaş: