Tyaqo Bezerra 13 il sonra ilki gerçəkləşdirdi

Neftçi”nin hücumçusu Tyaqo Bezerra mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb. Arena.az xəbər verir ki, braziliyalı futbolçu Premyer Liqanın 25-ci turunun “Sumqayıt”la səfər oyunundakı (2:0) dublla qol sayını ikirəqəmli ədədə çatdırıb.

Tyaqo Bezerra son 13 mövsümdə 10 və ya daha çox qol vuran 35 yaşı arxada qoymuş yeganə futbolçudur.

Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Həmiin vaxt Amiran Muciri “Bakı”nın heyətində 11 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: